Menu

Yaponiyada keçən anomal istilərə görə, 400-dən çox adam xəstəxanaya yerləşdirilib

29.07.2019, 22:26
Yaponiyada keçən anomal istilərə görə, 400-dən çox adam xəstəxanaya yerləşdirilib

Yaponiyada keçən anomal istilər səbəbindən 400-dən çox insan günvurma ilə xəstəxanaya yerləşdirilib.

"Report" xəbər verir ki bu barədə yerli "Kioda" agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, 121 nəfər paytaxtdakı tibb müəssisələrinə göndərilib. Aiti prefekturalarında zərər çəkmiş 94 nəfər, eyni zamanda Kanaqavada 49 nəfər həkimə müraciət edib.

Yaponiyanın Baş Meteoroloji Agentliyinin məlumatına görə, ölkənin bəzi bölgələrində havanın temperaturu +35 ° C səviyyəsindən yuxarı qalxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol