Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) Sibirdə meşə yanğınlarını söndürmək üçün yaxın zamanda qruplaşmaları gücləndirəcək. Bu barədə nazirin birinci müavini Aleksandr Çupriyana istinadla «RİA Novosti» agentliyi xəbər verib.
«Fakt göz qabağındadır - qüvvə və vəsait yetərli deyil» - Çupriyan dəqiqləşdirib.
Rusiyada meşə yanğınlarının ümumi sahəsi 3 milyon hektarı keçib ki, bu da Krımın və ya Belçikanın ərazisi qədərdir. «Avialesoxran»ın məlumatına görə, meşələr 14 bölgənin ərazisində yanır. Daha ciddi vəzyyət İrkutsk vilayətində (burada 63 min hektar meşə alova bürünüb!) və Krasnoyarsk diyarındadır (23 min hektar yanır). İnternetdə, Sibir bölgəsində fövqəladə vəziyyət rejiminin tətbiq olunması barədə petisiya meydana gəlib.
AzPolitika.info


Şərhlər