Menu

Tanınmış parodiyaçı vəfat edib

31.07.2019, 11:15
Tanınmış parodiyaçı vəfat edib

Tanınmış parodiyaçı Həsən Cəbrayılov vəfat edib.

1949-cu il təvəllüdlü H. Cəbrayılov bu gün səhər saatlarına müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Yaxınlarının bildirdiyinə görə, 70 illik yubileyini bu yaxınlarda qeyd edən sənətçi bir neçə gün əvvəl ürək çatışmazlığı səbəbilə xəstəxanaya aparılıb və əməliyyat olunub.

O, Bakıdakı Pirşağı qəbiristanlığında dəfn olunacaq.

Bu barədə mərhumun dostu, musiqiçi Abbasqulu Nəcəfzadə məlumat verib. Onun sözlərinə görə, H. Cəbrayılov 4 gün əvvəl işdən evə gedən zaman yolda infarkt keçirib və təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Əməliyyatı edən həkim bildirib ki, Həsən Cəbrayılov özü də bilmədən daha əvvəl 4 dəfə mini infarkt keçirib. Mərhumun yas mərasimi yaşadığı Yasamal rayonunda keçiriləcək.

Qeyd edək ki, mərhum «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-də (AZTV) çalışırdı. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol