Menu

Məşhur istirahət mərkəzinin rəhbərinin məhkəməsi başlayıb

31.07.2019, 11:34
Məşhur istirahət mərkəzinin rəhbərinin məhkəməsi başlayıb

Zaqatala rayonunda baş vermiş kütləvi zəhərlənməyə görə məsuliyyətə cəlb edilən “Hope Lake” istirahət mərkəzinin rəhbəri Elman Yüzbaşevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Elbrus Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 14-ə təyin edilib.

Qeyd edək ki, ötən il 1994-cü il təvəllüdlü Qurban İbrahim oğlu Səmədov, 2001-ci il təvəllüdlü Böyükxan Ceyhun oğlu Ağaxanzadə, 1990-cı il təvəllüdlü Sara İbrahim qızı İbrahimova, 2016-cı il təvəllüdlü Zara Nicat qızı Səmədova, 2003-cü il təvəllüdlü Banuçiçək Ceyhun qızı Qasımzadə, 2006-cı il təvəllüdlü Aysu Ceyhun qızı Qasımzadə və 2017-ci il təvəllüdlü Ayxan Ceyhun oğlu Qasımzadə və daha 3 nəfər zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Məlum olub ki, Zaqatala RMX-nin yoluxucu xəstəliklər şöbəsinə gətirilən şəxslər “Hope Lake” ailəvi istirahət mərkəzində olublar və orada qidalanıblar.

Cinayət işi üzrə 10 nəfər zərərçəkən şəxs qismində tanınıb.

Mərkəzin rəhbəri Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham edilir. İstintaqa cəlb edilən Elman Yüzbaşevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol