Gürcüstan Azərbaycandan dizel idxalını dayandıracaq.

APA-nın yerli bürosu Gürcüstanın İctimai televiziya kanalına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Neft İdxalçıları Birliyinin təşkil etdiyi seminarda bildirilib.

Qeyd olunub ki, 1 yanvar 2020-ci ildən etibarən Gürcüstanda “Avro-4” standartlı dizel yanacağının istifadəsinə qadağa qoyulacaq. Həmin tarixdən etibarən ölkədə yalnız “Avro-5” standartlarına cavab verən dizelin istifadəsinə icazə veriləcək.

Bu səbəbdən Gürcüstan Azərbaycandan dizel idxalını dayandıracaq. İdxalda yeni alternativin Rusiya olduğu bildirilir.