Menu

Tatarıstanda terror aktının qarşısı alınıb

31.07.2019, 14:32
Tatarıstanda terror aktının qarşısı alınıb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi Tatarıstanda terror aktının qarşısını alıb.

APA TASS-a istinadən xəbər verir ki, Tatarıstanın infrastruktur obyektlərinin birində terror aktı həyata keçirməyə hazırlaşan İŞİD terror təşkilatının iki üzvü saxlanılıb.

Terror aktını törətməyə cəhddə şübhəli bilinən iki nəfər Rusiya vətəndaşıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol