Menu

Gürcüstanda dollar 2,97 larini ötüb

31.07.2019, 17:19
Gürcüstanda dollar 2,97 larini ötüb

Gürcüstanda ABŞ dollarının bahalaşma tendensiyası davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Bankının avqustun 1-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2, 9718 təşkil edir.

Bugünkü məzənnə ilə müqayisədə dolların qiymətində 0,0211 lari artım qeydə alınıb.

Avronun qiyməti isə 0,0238 lari bahalaşaraq 3,3127 lariyə bərabər olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol