Menu

Məhkəmə qarşısına çıxarılan qardaşlar intihara cəhd edib

31.07.2019, 19:52
Məhkəmə qarşısına çıxarılan qardaşlar intihara cəhd edib

Göygöl rayonunda 2 qardaş intihara cəhd edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl Rayon Məhkəməsində baş verib.

Belə ki, hakimin çıxardığı qərarla razılaşmayan 42 yaşlı Elçin Xıdırov və onun qardaşı, 38 yaşlı Eldəniz Xıdırov məhkəmənin inzibati binasının qapısını sındıraraq şüşə parçaları ilə özlərinə xəsarətlər yetiriblər.

Onlar qol və əl nahiyələrindən xəsarət aldığından xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol