Menu

"BURDA KARTEL SÖVDƏLƏŞƏMƏLƏRİ İSTİSNA DEYİL" - Prezident süni qiymət artımı haqda

01.08.2019, 09:34
"BURDA KARTEL SÖVDƏLƏŞƏMƏLƏRİ İSTİSNA DEYİL" - Prezident süni qiymət artımı haqda

"Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar".

“Report” xəbər verir ki, bunuu iyulun 31-də Azərbaycan Respublikası Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlət başçısı İlham Əliyev deyib.

Prezident bildirib ki, süni qiymət artımına yol vermək olmaz:

"Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır".

Şərhlər

fikrət 2019-08-01 09:34:19

birinci monopoliya olmamalidi 2 kömrükdə qiymətlər cox aşaqi olmalidi birdə əhaliyə mane olanlar yox olmalidi xaricdən məhsul ğətirənlər ücün

Millət 2019-08-01 09:34:19

Bəli cənab Prezident! Almaniya ona görə güclü iqtisadiyyata malik oldu ki, monopoliyaya nəzarəti gücləndirdi. Harada monopoliya baş qaldırdısa, həmən monopoliyanı dağıtdı.

Sabir 2019-08-01 09:34:19

Süni qiymət artımı nəyə deyilir? Yəni o hansı kriteriyalarla ölçülür?
Bu kriteriyaları hansı dövlət qurumu tənzimləyir? Süni qiymət artımına nəzarət edən hansı orqandır? Bu orqanların hesabatları bu vaxta qədər mətbuatda dərc edilibmi? Bu kimi suallar çoxdur. Cavab isə ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol