Beyləqan rayonunda ərinə iki nəfərlə xəyanət edən qadın intihar edib.
“Report”un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib.
Həmin kəndin ərazisində yerləşən uşaq bağçasında aşpaz işləyən N.Həsənova əri tərəfindən bağçanın gözətçisi Füzuli rayonunun Əhmədbəyli kənd sakini G.Baxşəliyev ilə birlikdə yataqda tutulub. Hadisədən sonra qadın rayonun İkinci Şahsevən kəndində yerləşən ata evinə qaçıb və orada özünü asaraq intihar edib. Onunla birlikdə yataqda tutulan G.Baxşəliyev isə Füzuli rayonunun Əhmədbəyli kəndinə qaçıb və o da özünü asaraq intihar edib.
Hadisədən sonra qadının əri R.Həsənov arvadının daha bir şəxslə - həmkəndlisi E.Elyarovla intim münasibətinin olduğunu öyrənib. Bu səbəbdən sözü gedən şəxslər arasında mübahisə olub. Mübahisə zəmnində R.Həsənov arvadı ilə intim münasibətdə olduğunu etiraf edən E.Elyarovu bıçaqlayaraq qulaqlarını kəsib.
E.Elyarov xəstəxanaya çatdırılıb.
R.Həsənov isə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tətəfindən saxlanılıb və istintaqa cəlb edilib.
Faktla bağlı bir neçə maddə ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şərhlər
Yazıb da,bıçaqlayıb qulaqlarını kəsib,indi neyləsin ki,əcəli çatmayıb və ölməyib.Qaldi ki,o intihara oxşamır,intihardan ötrü qaçmazzdılar,yəqin onları da o asıb.Belə qoçaq kişi arvad seçimində niyə yanılıb?
R.Həsənov namusunu qoruduğu üçün ona cinayət işi düşmür.Şərəfli hakim onu,ancaq şərti işlə cəzalandıra bilər..
Qulaqini kesib?Taa qulaqini niye kesirdi,ele ömrunu keseydi dee.Soxum boyuvu yere.
HALAL olsun kişi adamsan.
Hər ikisi "pasport"dan məhrum edilməli idi...