Avqust ayında “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlının həbs müddəti başa çatır.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə onun vəkili Tamar Bostaşvili məlumat verib.
O bildirib ki, F. Ceyranlı avqustun 20-də cəzaçəkmə müəssisəsindən azadlığa buraxılacaq.
F. Ceyranlının Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən axtarışa verildiyini xatırladan vəkil ehtimal edir ki, müdafiə etdiyi şəxs sorğu əsasında saxlanıla və Azərbaycana təhvil verilə bilər.
Qeyd edək ki, 2017-ci ilin may ayında F. Ceyranlı Gürcüstanda saxlanılıb. F. Ceyranlının həmtəsisçisi olduğu “Lanset” klinikası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətdə klinikada qanunsuz orqan transplantasiya əməliyyatının icra edildiyi və bu əməliyyatlar zamanı iki nəfərin öldüyü bildirilib. F. Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. 2018-ci ilin fevral ayında məhkəmənin qərarı ilə F. Ceyranlı 6 il müddətinə azadlıqdan məhrum olunub. 2018-ci ilin dekabr ayında isə Gürcüstan Apelyasiya Məhkəməsinin qərarı ilə F. Ceyranlı barəsində 6 il azadlıqdan məhrumetmə cəzası 2 il 3 ayadək azaldılıb. Onun 2 il 3 aylıq cəzası bu ilin avqust ayında başa çatır.
Xatırladaq ki, Azərbaycan DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda həbsdə olan F. Ceyranlını beynəlxalq axtarışa verib. Onun barəsində axtarış elan olunması barədə elan DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilib. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.


Şərhlər
Щяля 2004-2005-ъи иллрдя Азярбайъанда ушаг алвериня эюря, истинтага ъялб олунмуш тибб ишчиляриндян ибарят ъинайяткар бир груп истинтага ъялб олунса да сонрадан щамысы «ач-бурах» едилди. О вахт мян «Хурал» гязетиндя йазмышдым ки, Бакы 1 сайлы кюрпя ушаг евиндян 2001-2001-ъи иллярдя 112 ушаг рясми гейдиййатдан йайындырылыб вя онларн сонракы талейи барядя щеч бир мялумат йохдур. Азярбайъанын щцгун-мцщафизя органлары бу мясяляйя индийя гядяр айдынлыг эятирмяйиб! Беля бир заманда бир вятянпярвяр вя миллятиня баьлы истедадлы щякими мящбяся атмаг абсурддан да абсурд бир давраныш, сийаси гяряз нцмунясидир!