Menu

Azərbaycan millisinin baş məşqçisinin məğlubiyyət şərhi - “Oyundan razıyam”

02.08.2019, 10:37
Azərbaycan millisinin baş məşqçisinin məğlubiyyət şərhi - “Oyundan razıyam”

“Mən ilk oyundan razıyam. Çünki başlanğıcda hər şey çətin idi”.

APA-nın məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Covanni Kaprara deyib.

İtaliyalı mütəxəssis 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirdə Dominikan Respublikasının yığması ilə görüşünü şərh edib. O, 0:3 hesablı məğlubiyyətə baxmayaraq, hədəflərinin baxımlı oyunu olduğunu deyib: “Bu, təcrübəlilərlə bir yerdə ilk rəsmi matçımız idi. İkinci hissədə oyunumuzu yaxşılaşdırdıq. Ümumilikdə çox səhvlər etdik. Komanda daha çox xal qazanmaq üçün servis kimi komponentləri yaxşılaşdırmalıdır. Qrupumuzda Braziliya və Dominikan Respublikası güclü yığmalardır. Amma hədəfimiz oyunumuzu daha da yaxşılaşdırmaqdır”.

Qeyd edək ki, Azərbaycan millisi ikinci turda Braziliya ilə oynayacaq.

Şərhlər

EJDER 2019-08-02 10:37:43

MALADES,BIZIM PULUMUZ COXDUR ,LUKAWENKO CANI,KEYF ELE.YAXWI MEQAMDU.BIZDE KOMANDA,MAMANDA HEC OLMAYIB,OLMAYAJAQDA

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol