Menu

Bakıda avtobusla avtomobil toqquşub - Ölən və yaralananlar var

02.08.2019, 13:05
Bakıda avtobusla avtomobil toqquşub - Ölən və yaralananlar var

Bakıda avtobusla minik avtomobili toqquşub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında baş verib.

Səhiyyə Nazirliyindən "Report"a bildirilib ki, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb: "Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta-ağırdır".

Faktla bağlı araşdırma aparılır.

Hadisə yerindən fotoları Ramin Hacı paylaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol