Menu

"Bu il Bakıda uduzan yeganə "Arsenal" siz deyilsiniz" - "Neftçi"dən Tula klubuna

02.08.2019, 13:42
"Bu il Bakıda uduzan yeganə "Arsenal" siz deyilsiniz" - "Neftçi"dən Tula klubuna

“Neftçi” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Rusiyanın “Arsenal” komandasına təsəlli verib.

“Report” xəbər verir ki, paytaxt təmsilçisi Bakıdakı cavab matçında 3:0 hesablı qələbədən sonra rəmsi “Twitter” hesabında bu cür yazıb: “Özünü əzilmiş hiss etmə, Tula “Arsenal”ı. Bu il Bakıda uduzan yeganə “Arsenal” siz deyilsiniz. Düzdür, London “Arsenal”ı? Uğurlu yol və rahat eniş, dostlar”.

Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” komandası ilə qarşılaşacaq. İlk matç avqustun 8-də Bakıda, cavab görüşü isə 15-də Təl-Əvivdə olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol