Menu

Tramp “yeni dövr”ün başlamasına dair administrasiyaya göstəriş verib

02.08.2019, 16:05
Tramp “yeni dövr”ün başlamasına dair administrasiyaya göstəriş verib

ABŞ prezidenti Donald Tramp silahlara nəzarətdə keçmiş ikitərəfli razılaşmalara aid olmayan “yeni dövr”ün başlamasına dair administrasiyaya göstəriş verib.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında yayılan bəyanatda bildirilib.

“Yaranmış fürsətdən istifadə edərək Çin və Rusiyanı ölkəmiz və bütün dünya üçün həqiqi təhlükəsizliyi naminə bizə qoşulmağa çağırırıq”, - deyə bəyanatda qeyd olunur.

Qeyd edək ki, ABŞ-ın orta və yaxın mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən çıxması prosesi bu gün başa çatır.

Orta və yaxın mənzilli raketlərin ləğv edilməsi üzrə müqavilə 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb.

2018-ci ilin oktyabrında ABŞ prezidenti Donald Tramp Vaşinqtonun bu razılaşmadan geri çəkildiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol