Menu

Tanınmış siyasi şərhçi veriliş aparacaq - Tofiq Abbasov AzTV-də

03.08.2019, 21:45
Tanınmış siyasi şərhçi veriliş aparacaq - Tofiq Abbasov AzTV-də

Daha bir tanınmış şəxs "Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətində (QSC) fəaliyyətə başlayıb.

BakuPost xəbər verir ki, siyasi şərhçi Tofiq Abbasov bu həftədən etibarən "Rakurs” ictimai-siyasi verilişində, sentyabrdan isə "Hədəf” ictimai-siyasi analitik verilişində aparıcı kimi efirə çıxacaq. Bu verilişlərdə ölkədə və xaricdə baş verən hadisələr təhlil olunacaq.

Tofiq Abbasov 1980-ci ilin əvvəlindən 1993-cü ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Şirkətində işləyib. Uzun fasilədən sonra - 2006-cı ildən "Lider” TV-də "Səda” İnformasiya Departamentinə rəhbərlik edib.

Qeyd edək ki, Rövşən Məmmədov AzTV rəhbərliyinə gətirildikdən sonra köklü islahatlar aparılıb, yeni layihələrə tanınmış simalar cəlb edilib.

Şərhlər

yalçın 2019-08-03 21:45:07

xalqın ən çox sərvətini israf edib ona əvəzində ən çox zəhər verən analoqsuz ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol