Tehranda yerləşən İran Neft Nazirliyinin binasında yanğın başlayıb.Bu barədə Mehr agentliyi məlumat yayıb. Məlumata görə, yanğın 15-ci mərtəbədə qeydə alınıb və binanı tüstü bürüyüb.Hazırda evakusiya işləri davam etdirilir.
Hadisənin səbəbi və zərərçəkənlər barədə məlumat yoxdur.


Şərhlər