Menu

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası olub

04.08.2019, 17:39
Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası olub

Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosuun məlumatına görə, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun 25-ci km-də, rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

"Ford" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində ikinci maşının sürücüsü, Kürdəmir rayon Qarasaqqal kənd sakini Rəsulov Lazım Mövlam oğlu hadisə yerində dünyasını dəyişib.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol