DEPUTAT FƏTİYEVİN BİZNES İMPERİYASI QİTƏLƏR TANIMIR - Özbəkistan və Rusiyadakı biznesi, Avstraliyadakı qalmaqalı... + FOTOLAR

"Deputat Xanlar Fətiyevin Özbəkistana, oradan uzaq Avstraliyaya kimi uzanan şirkətlərini də siyahıya daxil etsək, o qitələr tanımayan oliqarx kimi bir "dünya imperatoru"dur".

Bu fikirlər araşdırmaçı jurnalist Cavanşir Həsənlinin Azərbaycan parlamentinin oliqarx üzvlərindən biri olan Xanlar Fətiyevin biznesi ilə bağlı növbəti yazısından götürülüb. "AzPolitika.info"-nun məlumatına görə, həmin yazıda daha sonra bildirilir:

"

Avstraliyanın paytaxtı Kanberradakı AZNUR PTY LTD şirkəti də eyni biznes sahəsi ilə məşğuldur.

AZNUR PTY LTD 2010-cu il yanvarın 15-də OZMOTO EVENTS PTY LTD adı ilə Qərbi Avstraliyada, MOUNT LAWLEY-də qeydiyyata ( qeydiyyat nömrəsi: 141510812) alınıb. 2011-ci il martın 22-də şirkətin adı AZNUR PTY LTD olaraq dəyişdirilib və yenidən qeydiyyatdan keçirilib. Şirkət 2016-cı il oktyabrın 1-dən 402/189 Kent Street, Sydney, NSW 2000 ünvanında 105 kv metrlik ofisdə fəaliyyət göstərir. Ofis 3 illiyinə AIHL PROPERTIES AUSTRALIA PTY LIMITED şirkətindən 55650 dollara icarəyə götürülüb".

FƏTİYEVİN MOSKVADAKI "KOMPAS"I...

Jurnalistin yazdığına görə, Xanlar Fətiyevin biznes imperiyası Özbəkistanla da yekunlaşmır: "Oliqarx deputat Xanlar Fətiyevin ölkə xaricindəki biznes şəbəkəsinin bir qolu da Moskvadadır. Rusiya paytaxtında fəaliyyət göstərən "Kompas Ticarət Evi" Məhdud Məsuliyyətli Cəmiyyəti (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "ТОРГОВЫЙ ДОМ КОМПАС") 2017-ci il iyunun 13-də 15979805 saylı lisenziya ilə qeydiyyatdan keçib. Qeydiyyat ünvanı Moskva şəhəri, Komsomolskiy prospekt 41/57 göstərilir. Nizamnamə kapitalı 10 000 rubl olan şirkətin 70 faizi Rusiya vətəndaşı Vadim Qulamov Adil oğluna, 30 faizi isə Fətiyevin Belarusda avtomobillərin icarəsi ilə məşğul olan AZNUR MMC-sinə məxsusdur.

2017-ci il maliyyə sənədlərinə görə, yarım ili 7.8 milyon rubl gəlirlə başa vurub. Şirkət ticarət, o cümlədən avtomobil hissələrinin, mebellərin, geyim, məişət avadanlıqlarının və tikinti materiallarının topdan satışı sahəsində fəaliyyət göstərir.

Dəqiqləşdirilməmiş məlumata görə Moskvada sahəsi 7208 kv metrlik "Kompas" Ticarət Evi Fətiyevin hissədarı olduğu şirkətin mülkiyyətindədir. Ticarət mərkəzi hazırda Rusiyanın iri daşınmaz əmlak şirkətləri vasitəsilə satışa çıxarılıb".

FƏTİYEV AVSTRALİYALI DEPUTATLARI TORA SALIB?

Jurnalistin iddiasına görə, Xanlar Fətiyevin və onun Avstraliyada sahib olduğu AZNUR PTY LTD şirkətinin adı Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında yaranmış xoşagəlməz qalmaqalla bağlı hesabatlarda çəkilir: "Hər şey Avstraliya parlamentinin Azərbaycanla bağlı işçi qrupunun Liberal Partiyadan olan üzvü cənab Craig Kelly-nin 2016-cı ildə Azərbaycanda keçirilən referendumdan sonra öz facebook hesabında "Avstraliya seçkini Azərbaycandan öyrənməlidir" fikrini ifadə etməsindən sonra başladı.

Tənqidlər bir yana, Avstraliya parlamentinin Nümayəndələr Palatası Kelly və 2018-ci ildə Azərbaycandakı prezident seçkilərini müşahidəçi olaraq izləmiş digər deputatlarla bağlı araşdırmalar aparıb.

Nümayəndələr Palatasının yekun hesabatlarına görə, Avstraliyanın 45-ci çağırış parlamentinin üzvləri Craig Kelly, Milton Dick, Maria Vamvakinou, Concetta Fierravanti-Wells və Steve Georganas 2018-ci il aprelin 6-dan 13-nə qədər Bakıda səfərdə olarkən, bütün xərclər (təyyarə biletləri, otel və yemək) Azərbaycan hökuməti adından Fətiyevə məxsus AZNUR PTY LTD tərəfindən ödənilib.

Üstəlik, hesabatlarda qeyd olunur ki, həmin şəxslərə rüşvət olaraq Xanlar Fətiyev və Azərbaycanın bu ölkədəki fəxri konsulu Aydan Rzayeva tərəfindən hədiyyələr, bahalı xalçalar verilib. Məsələn, Xanlar Fətiyevin senator Concetta Fierravanti-Wells-ə təqdim etdiyi xalça 1876 dollar dəyərində qiymətləndirilib.

Bu hesabatdan sonra Avstraliyada Azərbaycanla bağlı hansı təsəvvürlərin formalaşdığını deməyə ehtiyac yoxdur. Avstraliyadakı erməni lobbisi aylardan bəri bu hesabatlardan Azərbaycana qarşı ciddi şəkildə istifadə edir...

Sənədlərlə bağlı Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun üzvü, deputat Asim Mollazadənin fikirlərini öyrənməyə çalışdım. Amma cənab Mollazadə münasibət bildirməyərək, susmağa üstünlük verdi".

Yazıdakı iddialarla bağlı Xanlar Fətiyevin də mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info

1m

2m

635x100

Şərhlər

Adam 2019-08-05 15:36:32

Erməni ilə müharibəyə başlayıb belə oğruları uşaqları ilə ön cəbhəyə basmaq lazımdır. Millətin qanını sooranların hamısını.

EJDER 2019-08-05 15:36:32

QANUNLA DEPUTAT BIZNESLE MEWQUL OLA BILMEZ.AYE, BU MAZAYIR MALLIM HARA BAXER,HIYYY ,ANALOQU OLMAYAN MEMURLARIMIZDA HAMISI WEYXUYISLAM KIMI,BIZNESSMENDU,AYE,QARABAQ YADDAN CIXIF,,......

Adam 2019-08-05 15:36:32

And içirəm Allaha ki,bunların qanında azəbaycan vətəndaşının qanı,canlarında da vətənpərvərlik zərrə qədər yoxdur.Olsaydı varidatının tən yarısını(50%) xərcləyərdi düşmən taptağı altında olan torpaqlarımızın azad olunması üçün.Və bunula da “Qarabağ” məsələsi həll olunardı. Sir-sifətinə baxırsan narkomana oxşayır.Görəsən onun 2 övladı atalarının bu halına necə qiymət verirlər? Bu bəzi harınlaşmışlar anlamırlar ki,xarici ölkələrdə yatırdığları milyardları onlara yox həmin ölkələrə qalacaq.

Etibar 2019-08-05 15:36:32

Artıq heç kimə sirr deyil ki,Azərbaycan məmur və deputatlarının çoxu korrupsionerldir.Bunu beynəlxalq təşkilatlar daim qeyd edirlər......Odur ki,digərləri kimi MM təyin edilmiş deputat Xanlar Fətiyev və başqaları bilirlər ki,cəzalanmayacaqlar.

Mahir Ahmedli 2019-08-05 15:36:32

Xanlar Fetiyev bes bu milletin oglu kimi XALQINA ne edib?

Millət 2019-08-05 15:36:32

Hörmətli AzPolitika rəhbərliyi və əməkdaşları. Mən Sizə çox minnətdaram. Siz ölkədə Leqal mətbuatda millətimiz üçün indi çox böyük önəmli yeriniz olan tək qurumsunuz. Siz əsl milli qəhrəmanlarsınız. Allah Sizi qorusun. BUNU VERMƏZSİNİZ. BU SADƏCƏ SİZƏ BİR AĞSAQQAL TƏŞƏKKÜRÜDÜR.

Azəri 2019-08-05 15:36:32

Biz burada yaşamaq uğrunda mübarizə aparırıq. İnsanlar borc,ehtiyac içində yaşayır. Kimsə özünü körpüdən binadan atır,kimsə özünü yandır, asır, intihar edir. Çoxları da vətəndən qaçır yad ölkələrə. Çoxları isə yad ölkələrdə səfil həyatı yaşayır. TALANÇI QULDURLAR OĞRULAR isə millətə xalqa atıb, oğurlayıb görün dünyanın başqa ölkələrində oğurluq pullarla nələr edirlər. Bunlara bir son qoyulmalıdır. Hökumət həmin pilları oğurlanmış milli sərvəti,xalqın payını geri vətənə gətirtmalidir. Milləti ATANLAR cəzalanmalıdırlar........................

Son yazılar