Menu

Təkərləri partlasa da gedir

11.09.2014, 12:09
Təkərləri partlasa da gedir

Otokar Azərbaycanda ARMA-nı tanıdır

Türkiyə mühəndisliyini və müdafiə sənayesini xaricdə də təmsil edən “Otokar”, Bakıda keçirilən müdafiə sənaye sərgisində (ADEX) dünyada tanınan zirehli avtomobili ARMA 6x6-nı nümayiş etdirir. Marja.az-ın məlumatına görə, sərgidə “Otokar” stendini ziyarət edənlərə, ARMA 6x6-nın açıq qülləli versiyası ilə yaxından tanış olmaq fürsəti yaradılır.

Türkiyənin ən böyük özəl sərmayəli müdafiə sənayesi şirkəti olan “Otokar”ın bir dünya markası halına gəldiyini qeyd edən Şirkətin Baş direktoru Serdar Görgüç, sərgi ilə bağlı olaraq belə danışdı: “ADEX Sərgisinə qatılmağımız ilə bərabər, hal-hazırda Azərbaycan Silahlı Qüvvətlərində nəqliyyat vasitələrimiz istifadə edilməsindən qürur duyuruq. ADEX Sərgisində Azərbaycanın təşkilatları ilə bir araya gələrək, onların ehtiyaclarını dinləmək və ehtiyaclarını qarşılamaq baxımından böyük bir fürsət olduğuna inanıram”.

Serdar Görgüç qeyd etdi ki, “Otokar” Türkiyə Silahlı Qüvvələrinin quru nəqliyyat vasitələri sahəsində bir nömrəli tədarükçüsüdür. Şirkətin istehsal etdiyi nəqliyyat vasitələri dünyada 30-a yaxın ölkədə, eyni zamanda NATO və Birləşmiş Millətlər Təşkilatının hərbi birləşmələrində istifadə edilir. Bu gün şirkətin 28 mindən çox zirehli vasitəsi, dünyanın müxtəlif nöqtələrində ağır iqlim şərtləri altında, riskli bölgələrdə qabiliyyətlərini nümayiş etdirirlər.

ARMA 6x6

ARMA zirehli müharibə vasitələri ailəsinin 6x6 versiyası olan ARMA 6x6, bir platforma üzərində yerləşən çoxtəkərli zirehli vasitədir. Müxtəlif məqsədlərə uyğunlaşdırıla bilən ARMA, ehtiyacdan asılı olaraq fərqli silah və qüllə sistemləri ilə təchiz edilə bilir. ADEX 2014 Sərgisində nümayiş etdirilən 6x6 zirehlisi, sürücü və komandir daxil cəmi 10 personal daşıma tutumuna və 18.500 kq-lıq müharibə ağırlığına malikdir. Kiçik dönüş diametri, partlasa belə hərəkət edən təkərləri, üstün ballistik müdafiəsi və aşağı servis xərcləri ilə ARMA 6x6 dünyadakı bənzərləri ilə rəqabət edir.

ARMA 6x6, tamamilə Türk mühəndislərdən ibarət olan heyəti tərəfindən hazırlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol