Menu

Narkotik daşıyan iki təyyarə vurulub

05.08.2019, 19:35
Narkotik daşıyan iki təyyarə vurulub

Venesuelanın Silahlı Qüvvələri Kolumbiyadan uçan iki təyyarəni vurub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarələrdə narkotikin daşındığı güman edilir.

Qeyd edək ki, 2013-cü ildə Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, narkomafiyaya məxsus olan və ölkə ərazisi üzərindən qanunsuz uçan hər bir təyyarə qanuna əsasən vurula bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol