Menu

Bakıda mağazadan 15 min manat dəyərində mobil telefon oğurlanıb

06.08.2019, 13:28
Bakıda mağazadan 15 min manat dəyərində mobil telefon oğurlanıb

Bakıda mağazadan 15 min manat dəyərində mobil telefon oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki mağazaların birindən 1800 manat və 14 432 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Delili saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol