Menu

Qayınatasını şikəst edən idmançının işi Apellyasiya Məhkəməsindədir - Bəhruz Dilbazi ədalət tələb edir

06.08.2019, 18:59
Qayınatasını şikəst edən idmançının işi Apellyasiya Məhkəməsindədir - Bəhruz Dilbazi ədalət tələb edir

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılov tərəfindən ötən ilin sentyabr ayında keçmiş qayınatası – 1953-cü il təvəllüdlü Bəhruz Dilbazini Binəqədi rayon İcra şöbəsində icra məmurunun otağında 2 azyaşlı nəvəsinin gözü qarşısında döyərək, ağır xəsarətlər yetirən kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidova cəmi 3 il 6 ay həbs cəzasının verilməsinin qarşı tərəfi narazı saldığı haqında məlumat vermişdik. Həm Bəhruz Dilbazi, həm də onun vəkili Cehun Yusifov qərarın ədalətsiz olduğunu bildirərək, apellyasiya şikayəti verəcəklərini bidirmişdilər.

Zərəçəkmiş tərəfindən “AzPolitika.info”ya verilən məlumata görə, Ehram Məcidovun ona qarşı törətdiyi ağır cinayətə görə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsi, onun özü və vəkilləri tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatına düşüb.

Bəhruz Dilbazi qeyd etdi ki, Apellyasiya Məhkəməsində işə obyektiv baxılacağına ümid edir. Onun sözlərinə görə Ehram Məcidov ona elə ağır bədən xəsarətləri yetirib k, müalicəsi mümkünsüzdür: “Onun beşbarmaqla mənə yetirdiyi xəsarət nəticəsində, beynim öz funksiyasının 70%-ni itirib, əlillik durumuna düşmüşəm.

Ona görə də, günün əksər saatlarını intensiv ağrılar içərisində keçirirəm. Dəfələrlə əməliyyat olunmuşam. Başımın iç hissəsi hazırda plastiklə əvəzlənib. Bir insanı bu vəziyyətə saln şəxsə idmançı demək olmaz. O, cinayətkardır, əməlinə də buna uyğun qiymət verilməlidir. Onun idmançı adı altında əməlinin pərdələnməsi yolverilməzdir”.

Bəhruz Dilbazi bir daha mətbuat vasitəsilə ölkə prezidentinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, ədliyyə nazirinə və hakimlərə müraciət edərək, ona qarşı edilmiş cinayətin cəzasız qalmasına imkan verməməmyə çağırdı: “Xahiş edirəm, Bakı Ağır Cinayətlər Məhkəməsində Ehrama edilmiş güzəşt Bakı Apellyasiya Məhkəməsində davam etməsin. Bu cəzasızlıq təhlükəli presidentlər yarada bilər.

Mən ədalətin təmin olunması üçün sona qədər mücadilə edəcəm. Ehram mənə etdiyini bir başqasına etmiş olsaydı, yəqin ki, bəziləri onun cavabını hüquq müstəvisindən kənarda verərdi. Lakin mən dövlətimə, qanunlara, məhkəmələrimizə güvəndiyimdən Ehramın cəzasını da hüququn verməsini istəyirəm.

Bakı Apellyasiya Məhkəməsinin sədri, hörmətli İmam müəllimdən bu işi xüsusi nəzarətə götürməsini xahiş edirəm. Ehram dayanmadan həbsxanadan qohumları vasitəsilə mənə mesaj göndərir ki, “Bakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə neylədin ki, burda da neyləyəsən? Altı aya gəlirəm. Gəlib səni və ailə üzvlərini əvvəlkindən də pis günə qoyacam”. İndi mən nə edim? Yaşımın bu vaxtı, bu cinayətkara qoşulum? Mən hüquqa söykənmişəm. Qoy hüquq da öz sözünü desin”.

AzPoltika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol