Menu

Bakıda 49 yaşlı kişini avtomobillə vuran sürücü qaçıb

06.08.2019, 21:30
Bakıda 49 yaşlı kişini avtomobillə vuran sürücü qaçıb

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, İnşaatçılar prospektində yolu keçən Bakı sakini, 1970-ci il təvəllüdlü Rauf Əyyubovu naməlum avtomobil vurub.

Hadisəni törədən sürücü avtomobili ilə birgə hadisə yerindən yayınıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, sürücü axtarışdadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol