Menu

"İŞİD Suriyada yenidən dirçəlmə prosesindədir" - Pentaqon

07.08.2019, 09:57
"İŞİD Suriyada yenidən dirçəlmə prosesindədir" - Pentaqon

İŞİD terror qruplaşması İraqdakı mövqelərini möhkəmlədir və Suriyada yenidən dirçəlmə prosesindədir.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir xəbərdarlıq İraqda və Suriyada aparılan “Sarsılmaz qətiyyət” əməliyyatı barədə müntəzəm hesabat hazırlayan ABŞ Müdafiə Nazirliyinin məruzəsində qeyd olunur.

“Baxmayaraq ki, “xəlifəlik” əraziləri itirilib, İŞİD İraqda öz üsyançı hərəkətləri üçün imkanlarını gücləndirir və eləcə də Suriyada bu rüblükdə dirçəlmə prosesini davam etdirir”, - deyə sənəddə bildirilir.

Qeyd edək ki, rüblük məruzə 1 aprel 2019-cu il tarixdən 30 iyun 2019-cu il tarixədək dövrü əhatə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol