Bir xeyli siyasi sifarişli hökmlərdə imzası olan məşhur hakim Ənvər Seyidov pensiya davası edir.
Bu barədə “Azadliq.info”ya məlumat verən mənbə bildirir ki, Ə.Seyidov pensiyasının artırılması üçün məhkəməyə müraciət edib. “Ənvər Seyidov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib. Hesab edir ki, onun pensiyası düzgün hesablanmayıb. Bu ilin martında onun 70 yaşı tamam olandan sonra hakimlik fəaliyyətinə xitam verilib. Ənvər Seyidov işdən çıxandan sonra pensiyasının çox artacağını gözləyirdi. Amma gözlədiyi kimi olmayıb. Ona görə fondu məhkəməyə verib”, – deyə mənbə bildirib.
Məlumatda deyilir ki, məşhur hakimin iddiasına hələlik baxılıb qərar çıxarılmayıb.
Siyasi xarakterli bir çox işlərdə hakimlik etmiş Ə.Seyidovun son iş yeri Bakı Ağır Cinayətlər Məhkəməsi olub. O, əvvəllər Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində də işləyib.

Şərhlər
Peyğəmbər(s.ə.s.)bir hədisində deyilir:"Hakimlər.hökmdarlar üç qisimdir:ikisi cəhənnəmllik.biri cənnətlikdir.Keyfi istədiyi kimi hökm verən cəhənnəmdədir.Həqiqəti bilmədən hökm verən də cəhənnəmdədir.Həqiqəti öyrənib bilən və buna uyğun hökm verən isə cənnətdədir.
İnsanlara haqq etmədikləri zülmə hökm verənlərin yaşaminin Allah verən nemətlər yox, zülmdən aldığı zövq olmalıdır. Belələrinə hətta kiçik yaşam müavinəti təyin etmək günahdır. Zülmün bitdiyi günə qədər yaşamaq istəyində olmaq axmaqliqdan başqa bir şey deyil. Haqq istəyənlərin zülmünun bitməsi, nahaqqi istəyənlərin zülmünun başlanmasına siqnaldir.
Ənvər seyiddir. İstədiyini almasa Fonda qarğış edəcək. Onda vay Fondun halına...