Menu

Gürcüstanda dollar yenidən bahalaşmağa başlayıb

07.08.2019, 17:23
Gürcüstanda dollar yenidən bahalaşmağa başlayıb

Gürcüstan milli valyutasının dollara qarşı ucuzlaşması son günlər yenidən bərpa olunub.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Milli Bankının avqustun 8-nə müəyyən etdiyi rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9338 lari təşkil edəcək.

Bugünkü məzənnə ilə müqayisədə dolların qiyməti 0,0017 lari artıb.

Avronun qiymətində isə nisbi ucuzlaşma qeydə alınıb. Belə ki, sabah 1 avronun dəyəri 0,0034 lari azalaraq 3,2806 lariyə bərabər olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol