Menu

Gürcüstana idxal edilən 28 ton toyuq ətində ölümcül bakteriya aşkarlanıb

07.08.2019, 18:07
Gürcüstana idxal edilən 28 ton toyuq ətində ölümcül bakteriya aşkarlanıb

Poti və Kulevi limanları vasitəsi ilə Gürcüstana idxalı planlaşdırılan dondurulmuş toyuq ətlərinin tərkibində salmonella bakteriyası aşkarlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qurumun Fitosanitar və Veterinar Yoxlama bölməsinin əməkdaşları sözügedən limanlarda Hollandiyadan idxal edilən 28 ton dondurulmuş toyuq ətinin tərkibini laboratoriya şəraitində yoxlayıblar.

Yoxlama zamanı toyuq ətlərində salmonella bakteriyası aşkarlanıb.

Bundan sonra toyuq ətləri geri göndərilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol