Menu

Bakıda kişi qonşusu tərəfindən bıçaqlanıb

07.08.2019, 23:41
Bakıda kişi qonşusu tərəfindən bıçaqlanıb

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1986-cı il təvəllüdlü Dadaşov Samir Kamil oğlu 20-ci sahə ərazisində qonşusu tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol