Menu

Almaniya Tiger döyüş helikopterlərinin istismarını dayandırır

08.08.2019, 00:02
Almaniya Tiger döyüş helikopterlərinin istismarını dayandırır

Almaniya Federativ Respublikasının Silahlı Qüvvələri təhlükəsizlik tədbiri qismində Eurocopter Tiger döyüş helikopterlərinin istismarından müvəqqəti imtina etmək qərarına gəlib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, Bundesverin yaydığı məlumata görə, buna səbəb bərkidici boltların mümkün qüsurudur. “Təhlükəsizlik Bundesver üçün prioritetdir. Bu səbəbdən Tiger döyüş helikopterlərinin istifadəsini dayandırmaq sərəncamı daxil olub”, – mətbuat üçün aşıqlamada belə deyilir.

AFR Silahlı Qüvvələri mümkün nöqsan barədə informasiyanı hərbi-sənaye kompleksinin nümayəndələrindən alıb. Bundan sonrakı addımlar haqqında qərar Bundesverin avqustun 8-nə planlaşdırılan iclasında qəbul olunacaq.

Spiegel jurnalı yazır ki, Almaniya Silahlı Qüvvələrinin sərəncamında 53 ədəd Eurocopter Tiger helikopteri var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol