“Mançester Yunayted”in futbolçusu Romelu Lukakunun “İnter”ə keçidi rəsmiləşib.
Qol.az xəbər verir ki, bu barədə Milan klubunun saytı məlumat yayıb. 26 yaşlı forvardla 2024-cü ilin iyununa qədər müqavilə imzalanıb.
“İnter” belçikalı hücumçunun keçidi üçün qarşı tərəfə 65 milyon avro ödəyib. Bu, klub tarixinin ən bahalı transferidir.
Qeyd edək ki, 2017-ci ildən “Mançester Yunayted”də çıxış edən Lukaku ötən mövsüm "qırmızı şeytanlar"da 45 oyuna 15 qol vurub.


Şərhlər