Menu

Kiyevdə qasırğa fövqəladə vəziyyət yaradıb

09.08.2019, 00:33
Kiyevdə qasırğa fövqəladə vəziyyət yaradıb

Bu gün Kiyevdə qasırğa və dolu ilə müşayiət olunan qeyri-sabit hava şəraiti paytaxtda fövqəladə vəziyyət yaradıb.

Azərtac Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin saytına istinadla xəbər verir ki, qeyri-sabit hava şəraiti nəticəsində Kiyevdə 30-dan çox ağac aşıb, 10-a yaxın avtomobil isə yararsız hala düşüb. Qasırğa bəzi evlərin dam örtüyünü uçurdub.

Hazırda yaranmış vəziyyəti aradan qaldırmaq üçün müvafiq işlər həyata keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol