Menu

"BakuBus"un avtobusu avtomobillərlə toqquşub - Xəsarət alan var (Fotolar)

09.08.2019, 14:28
"BakuBus"un avtobusu avtomobillərlə toqquşub - Xəsarət alan var (Fotolar)

Bakıda sərnişin avtobusunun iştirakı ilə zənirvari yol qəzası olub.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda, Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib.

Belə ki, 3 nömrəli marşrut xətti ilə hərəkət edən "BakuBus" avtobusu 2 minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

[gallery columns="4" size="full" ids="540723,540724,540725,540726"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol