Menu

Naxçıvanda MDB Dövlətlərarası Şurasının təhlükəsizlik iclası keçiriləcək

11.09.2014, 18:22
Naxçıvanda MDB Dövlətlərarası Şurasının təhlükəsizlik iclası keçiriləcək

Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlətlərarası Şurasının Sənayedə Təhlükəsizlik üzrə 12-ci iclası Naxçıvanda keçiriləcək.

İclas MDB İcraiyyə Komitəsinin təşəbbüsü, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə sentyabrın 16-17-də baş tutacaq.

FHN-in mətbuat xidmətindən apa-ya verilən məlumata görə, iclasın keçirilməsində məqsəd üzv ölkələr arasında təhlükəli istehsal obyektlərində təhlükəsizliyin təmin edilməsi sahəsində əlaqələrin möhkəmləndirilməsidir.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Moldova, Tacikistanın müvafiq qurumlarının rəhbərləri, MDB İcraiyyə Komitəsinin və BMT-nin Avropa İqtisadi Komissiyasının nümayəndələri iştirak edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol