Menu

Paytaxtda iki nəfər bıçaqlanıb

10.08.2019, 09:20
Paytaxtda iki nəfər bıçaqlanıb

Sabunçu rayonu Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, 1999-cu il təvəllüdlü Bayramov Fərhad Əli oğlu və 2000-ci il təvəllüdlü Xəlilov Pərviz Elxan oğlu naməlum şəxs tərəfindən bıçaqlanıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya gətirilib.

Bayramov Fərhada sağ döş qəfəsinin kəsilmiş-deşilmiş yarası, Xəlilov Pərvizə isə sol sağrı nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol