Hacıqabul sakini intihar edib.
“”Report”un Aran bürosu xəbər verir ki, Muğan qəsəbə sakini, 1992-ciil təvəllüdlü Əhmədli Qüvvət Taqət oğlu evdəkilərin yatmasından istifadə edərək çölə çıxıb, həyətdəki ağacların birindən özünü asaraq intihar edib.
Onun ağacdan asılmış meyiti səhər saatlarında yaxınları tərəfindən aşkar edilib. Deyilənlərə görə, Qüvvət Əhmədli axşam yeməyindən sonra doğmaları ilə xeyli zarafatlaşıb, deyib-gülüb.
İntihar hadisəsinin baş vermə səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.


Şərhlər
İntiharların səbəbi ölkədə işsizlik və səfalətin hökm sürməsidir.Beş-on YAP-çının milyoner yaşaması ölkənin sosial göstəricisi ola bilməz.Gənclər işsizlikdən küçələri dolanıb bir tikə çörək pulu qazanmaq arzusu ilə yaşayırlar.Hərbi xidmətini cəbhə bölgəsində başa vuran gənclərin əvəzinə məmur YAP-çıların fərari uşaqlarına iş yeri açılır.YAP-çılardan ibarət məmurların orta aylıq vəzifə maaşları min beş yüz manatdan artıq olduğu halda Vətən fədailərinin aylıq gəliri 150-300 manat arasında yellənir..