Menu

Bakıda kişi hamilə həyat yoldaşına 17 bıçaq zərbəsi vurub

12.08.2019, 01:07
Bakıda kişi hamilə həyat yoldaşına 17 bıçaq zərbəsi vurub

Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 17 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.

G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol