Menu

Azərbaycanlılar Avstriyanın məşhur klubunu aldılar

12.09.2014, 08:56
Azərbaycanlılar Avstriyanın məşhur klubunu aldılar

Azərbaycanlı investorlar Avstriyada klub alıb. Musavat.com xəbər verir ki, bu barədə "Neue Zürcher Zeitung" saytı yazıb.

Söhbət "Ottakring" klubundan gedir.

"Ottakring" klubu Vyananın qərbində yaradılıb. Klub ölkənin yüksək futbol liqasının 6-cı pilləsini tutur. Bu yaxınlarda isə Azərbaycandan olan səhmdarlar bu kluba müştəri düşüblər. Onlar klubu satın almaq istəyiblər. Amma bir şərtlə: komandanın adı "Qarabağ" olmalıdır.

Hazırda klubun adının "Qarabağ" olması ilə bağlı işlər aparılır. Məqsəd Vyana "Qarabağ"ının Avstriya çempionatında yer tutmasıdır.

Azıərbaycanlı səhmdarların "Ottakring" klubunu satın almaq üçün nə qədər pul ödfədiyi açıqlanmır.

Komandanın rəsmi saytında da artıq ad dəyişikliyi edilib və ""Qarabağ" futbol klubu" yazılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol