Menu

Bakıda hamilə arvadına bıçaq zərbələri vuran kişi tutulub

13.08.2019, 11:40
Bakıda hamilə arvadına bıçaq zərbələri vuran kişi tutulub

Bakının Sabunçu rayonu ərazisində hamilə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

"Report"un məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Maştağa qəsəbəsi Daş Karxanasında Mirverdi Məmmədovun evində arvadı və əmisi qızı Günay Mirverdi qızına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1984-cü il təvəllüdlü Xəyal Məmmədov tutulub.

Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti "Report"a təsdiqləyib.

Qeyd edək ki, X.Məmmədov avqustun 11-də üç aylıq hamilə olan həyat yoldaşı G.Məmmədovaya 19 bıçaq zərbəsi ilə xəsarət yetirib. Yaralı qadın "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilib. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Cütlüyün 4 övladı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol