Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsində daha bir kadr islahatına imza atıb.

“AzPolitika.info” “Avtosfer.az” saytına istinadla xəbər verir ki, nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, məşur polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat olmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 

Bu baxımdan, V.Eyvazovun M.Rəhimovu vəzifəsindən uzaqlaşdırması, ümumiyyətlə DYP sistemində kadr islahatlarına başlaması təqdirəlayiq addımdır. Heç şübhə yoxdur ki, bu proses ümumilikdə korrupsiyalaşmış BDYP rəhbərliyinin tam tərkibdə istefaya göndərilməsinə doğru gedir. Bunu “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin müddəaları da tələb edir.

Belə ki, bu Əsasnamənin 8-ci fəslində (“Daxili işlər orqanlarında xidmətdən xaric edilmənin əsasları” adlanır-red.) polkovnik rütbəsində xidmətkeçmə 55+5 yaş, general-mayor rütbəsində isə 60+5yaş müəyyən olunub. 1951-ci il təvəllüdlü və 68 yaşlı BDYP rəisi Ramiz Zeynalov bu yaş limitini artıqlamasilə doldurub, hətta belə demək olar ki, o, son 3 ildə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsini qanuna zidd şəkildə tutub. Eyni zamanda artıq 60 yaşı tamam olmuş Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nuşirəvan Səfərov da sözügedən əsasnamənin tələbinə görə, daha bu vəzifəni tuta bilməz. 

Bu baxımdan, çox böyük ehtimalla, ən geci bu ilin sonunadək BDYP-nin rəhbərliyində ciddi dəyişikliklər olacaq.

Rasim ƏLİYEV

AzPolitika.info