Dollar Rusiya rublu qarşısında tarixin ən yüksək səviyyəsinə çıxıb.
Rusiya rublu tətbiq olunacaq sanksiyalar narahatlığı ilə Dollar və Avro qarşısında dəyərdən düşür. "Marja"nın məlumatına görə, ABŞ dolları Rusiya rublu qarşısında 1 Sentyabrda görülən 37,51-lik rekordunu dünən yeniləyib. Dollar 37,6198 rubl səviyyəsinə, Avro da 48,6980 rubl səviyyəsinə çıxıb.
Mütəxəssislər, Rusiya rublundakı dəyər itkisinin ana səbəbini, Ukraynadakı böhran səbəbi ilə Avropa Birliyi ölkələrinin Rusiyaya tətbiq edəcəkləri sanksiyaların 12 Sentyabrda qüvvəyə minməsi ehtimalını göstərirlər.


Şərhlər