Menu

Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

15.08.2019, 15:20
Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

Bu ilin iyun ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 1.16 faiz artaraq 1.67 mln. dollar təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Bankının hesabatında məlumat verilib. Bildirilib ki, Azərbaycandan pul köçürmələrində illik artım tempi 3.92 faiz qeydə alınıb.

Hesabata əsasən iyun ayında Gürcüstana xarici ölkələrdən ümumilikdə 143.6 mln. dollar məbləğində pul köçürmələri olub. Bu, ötən ilin hesabat dövrü ilə müqayisədə 6.3 faiz və ya 8.5 mln. dollar çoxdur. Köçürmələrin 93.5 faizi 17 ölkənin payına düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol