Ukraynadan borcunu ala bilməyən Rusiyanın təbii qaz nəhəngi Qazpromun mənfəəti bu ilin birinci rübündə 41% azalıb.
Dünyanın ən böyük enerji şirkətlərindən biri olan Qazpromun mənfəətində, borclarını ödəməyən Ukrayna üzündən ciddi bir eniş baş verib. Rusiyanın təbii qaz nəhəngi Qazprom, ilk rübdə xalis mənfəətinin ötən ilin eyni dövrü ilə müqayisədə 41% azaldığını açıqlayıb.
"Marja"nın məlumatına görə, şirkətdən verilən şərhdə, bu enişə Ukraynadan alına bilməyən təbii qaz borcunun təsir göstərdiyi qeyd edilib. Qazpromun xalis mənfəəti birinci rübdə 5,93 milyard dollar təşkil edib.
Analitiklər, Rusiya Rublunun dollar qarşısında dəyər itirməsi ilə əlaqədar olaraq şirkətin mənfəətinin azalmaqda davam edə biləcəyi xəbərdarlığını ediblər.


Şərhlər