ABŞ-da yaşayan azərbaycanlı siyasi mühacir Səid Nuri ölkədən necə çıxarılması barədə fikirlərini sosial şəbəkədə paylaşıb.
Musavat.com-un xəbərinə görə, Səid Nuri yazıb: "Saat 5-də zəng edib dedilər, bir də buralara gəlməmək şərtilə ölkədən çıxmalısan. Təyyarənin salonuna kimi müşayiət etdilər. Hazırda Tbilisidəyəm, Bu, son deyil, bu başlanğıcdır, bunun cavabi mütləq olacaq. Hələlik onu demək istəyirəm ki, miqyası çox böyük olan qurama bir cinayət işində aparicı bir fiqur kimi dindirilməmdən sonra çoxlarının, hətta vəkillərin də "böyük ehtimalla həbs olunacaqsan" deməsinə baxmayaraq, indi azadliqda olmağımın və girovluqdan çıxmağımın əsas səbəkarı, şübhəsiz ki, Amerika dövlətii oldu və çoxlarının dediyinin əksinə olaraq, məni sona qədər və ən yüksək səviyyədə müdafiə etdi..."
Qeyd edək ki, hakimiyyət orqanları Səid Nurini ölkədən buraxmaq istəmirdilər. Dünən isə gənc fəalın şəxsi həyatına dair intim görüntülər yayılmışdı.


Şərhlər