Menu

Azərbaycanda narkotikə görə tutulan şəxslərin 68,2 faizini işləməyən və oxumayanlar təşkil edib

19.08.2019, 12:44
Azərbaycanda narkotikə görə tutulan şəxslərin 68,2 faizini işləməyən və oxumayanlar təşkil edib

2019-cu ilin yanvar – iyun ayları ərzində qeydə alınmış 13534 cinayət hadisəsinin 2472-si və ya 18,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Dövlət Statistika Komiətisindən APA-ya verilən məlumata görə, onların 59,6 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 5,7 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,4 faizini güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər, 0,1 faizini isə digər cinayətlər təşkil edib.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 1674 nəfər cinayət törədən şəxs müəyyən edilib ki, onların da 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət törədən şəxslərin 68,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 24,6 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,3 faizi yetkinlik yaşına çatmayanlar, 7,8 faizi 18-24 yaşlı, 15,1 faizi 25-29 yaşlı gənclər, 76,8 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

2019-cu ilin yanvar-iyun aylarında müsadirə edilən 1528,5 kiloqram narkotik maddələrin 746,3 kiloqramını heroin, 518,7 kiloqramını marixuana, 195,9 kiloqramını tiryək, 9,1 kiloqramını həşiş, həşiş yağı və qətranı, 58,5 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

Şərhlər

Mühəndis 2019-08-19 12:44:40

Acınacaqlı statistikadır.Ölkənin minlərlə insanlarının minlərlə işləmə yeri olan maşınqayırma,tekstil,tikiş,yüngül sənaye sahələrinin iflic edilməsi belə halın yaranmasının əsas səbəbidir.Hanı 52000 işçi işləyən H.Zeynalabdin adına ekstil kombintı,Bunun kimi Gəncə,Mingəçevir teksti kombinatları,Tikiş,trikotaj fabrikalrı, Şmidt,Montin,Vorovski və digər neft maşınqayırma zavodları,igər minlərlə işçi iləyən digər zavod fabriklər? Kim bu sabotajı yaratdı və 30 ildir susqunluqdur?Nİyə bu məsələ unudulur?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol