"HOLDİNQLƏRİN HEÇ HƏNDƏVƏRİNƏ DOLANA BİLMƏZLƏR..." - "Belə şirkətlərin sayı minlərlədir"

"Lerik -Relax hadisəsi göstərdi ki, dövlət orqanlarının vəzifə səlahiyyətlərinin icrasına hətta istirahət mərkəzləri də mane ola bilirmiş, belə olan halda, çox böyük ehtimalla, vergi müfəttişləri holdinqlərin və iri şirkətərin həndəvərinə belə dolana bilməzlər..."

"AzPolitika.info"-nun məlumatına görə, bu fikirlər iqtisadçı-ekspert Qubad İbadoğlunun "facebook" səhifəsində paylaşdığı yazıdan götürülüb.

Ekspert "Hər obyektə ayda 6 manat 94 qəpik vergi" başlığı qoyduğu yazısını 3 təkliflə başlayıb: "Təklif edirəm ki:

1) Hər bir şirkətin nə qədər vergi ödəməsi ilə bağlı məlumatlar ictimai əlçatan olsun.

2) Şirkətlərin vergi ödənişlərinin kommersiya sirri olaraq açıqlanmasını yasaqlayan qanunvericilikdə dəyişiklik edilsin.

3) Dövlətdə vəzifə tutan şəxlər gəlirlərin və əmlakını dərc etsinlər".

Daha sonra "Relax" şirkətinin ödədiyi vergilərin simvolik rəqəmlərlə ifadə olunduğuna diqqəti çəkir:

"Vergilər Nazirliyinin açıqlamasına görə, 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyekti olan "Relax" şirkəti 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin 7 ayı ərzində isə 972 manat məbləğində vergi ödəyib.

Belə çıxır ki, milyonlarla qazancı olan, 20 obyekt işlədən istirahət mərkəzinin vergi ödəməsi bu ilin hər ayı ərzində orta hesabla 138 manat 85 qəpik, hər obyektə isə ayda 6 manat 94 qəpik olub. Bu isə bərbərin, pinəçinin, dərzinin ayrılıqda ödədiyi vergidən də, hətta hərəkət zolağında xətti tapdalayan sürücünün, yolu düzgün keçməyən piyadanın ödədiyi birdəfəlik cərimədən də dəfələrlə azdır".

Q. İbadoğlu oxşar vəziyyətin məmur və deputatlara məxsus başqa obyektlərdə də hökm sürdüyünü istisna etmir: "Qiymətlərinin bahalığına görə 1 gün də olsun belə istirahət edə bilmədiyim Lerik -Relax hadisəsi göstərdi ki, dövlət orqanlarının vəzifə səlahiyyətlərinin icrasına hətta istirahət mərkəzləri də mane ola bilirmiş, belə olan halda çox böyük ehtimalla vergi müfəttişləri holdinqlərin və iri şirkətərin həndəvərinə belə dolana bilməzlər.

Bu hadisə göstərdi ki, Azərbaycanda arxasında deputat, məmur, prokuror, hakim, polis rəisi duran və büdcəyə hətta qəpiklər ödəyən, vergi müfəttişini sahib olduğu obyektə buraxmayan belə şirkətlərin sayı minlərlədir".

Ekspert yazısının sonunda problemin həlli üçün irəli sürdüyü təkliflərin həyata keçirilməsini zəruru sayır:

Bu problemin həlli üçün 2 təklif irəli sürürəm:

"1) Vergi ödənişlərinin kommersiya sirri olaraq açıqlanmasını yasaqlayan qanunvericilikdə dəyişiklik edilsin və bu məlumatlara ictimaıyyətin çıxışı təmin olunsun. Əgər belə məlumatlar ictimai əlçatan olarsa onda bu hallar baş verməzdi və əhali də bilərdi ki, büdcəyə hansı şirkət nə qədər vergi ödəyir.

2) Dövlət idarəçiliyində siyasi və seçkili vəzifə tutan şəxslərin özünün və ailəsinin biznes idarəçiliyinə son qoyulsun. Bunun üçün həlli vacib vəzifələrdən biri də gəlirlərin və əmlakın bəyan olunması və dərcidir.

Yekun qənaətim odur ki, Azərbaycanda vergi ödəmə mədəniyyətinin formalaşmamasının bir səbəbi də tənzimləyici fiskal orqanların faəliyyətində müşahidə olunan rüşvətxorluq və pis idarəçilikdir. Şübhəsiz ki, "Relax" İstirahət mərkəzinin ödəmələri barədə açıqlanan rəsmi rəqəmlərlə yanaşı açıqlanmayan aylıq qeyri-rəsmi ödəmələr də mövcuddur. Amma nədənsə bu barədə heç kim danışmır".

635x100

Şərhlər

Bisavad 2019-08-20 19:50:29

Vergi nazirliyinin o vaxt qanunla işlədiyi aydın olacaq ki, talançı məmurların, inhisarçıların,oliqarxların biznesləri, kapitalları, obyektləri,xaricdəki milyardları haqda deklarasiya tələb edəcək. Yoxsa yetim yesiri yükləyib bir tikə çörəyini qazanmağa imkan verməmək, kiçik biznesi boğmaq məhv etmək, kimsəsizləri krışası olmayanları, hansısa qrupdan regiyondan olmayanlayın bir tikə çörək qazanmağına imkan verməyəcəksə bu o demək deyil ki ölkədə vergi sistemi normal işləyir. Önsuz da ölkədə bütün qanunlar kasıblar üçündür. 100 milyardları millətə atanlara gözün üstə qaşın var deyən də yoxdur.

Cümşüd 2019-08-20 19:50:29

Ekspertlər öz fikirlərini qeyd edirlər.Hər kəsin fikrinə hörmətlə yanaşıram.Qubad müəllim çox Hörmətli və cox savadlı professorumuzdur.Azərbaycanda İstirahət Mərkəzləri mövsümü xarakterlidir .Uzaqbaşı ildə yay mövsümündə havalar yaxşı keçsə ildə ay yarım-iki ay fəaliyyət göstərir.Əgər ƏDV ödəyicisi kimi fəaliyyət göstətsə illik gəliri minus olacaq. Çünki Vergidə köçürməsiz xərcəri əvəzləşdirə bilmirsən.Buna süni əngəl yaradır vergi. Məcbursan ki xidməti böləsən heş olmasa gələn sezona obyektin çıxarasan.

bisavad 2019-08-20 19:50:29

2002-ci ildən bu günə qədər Vergi Məcəlləsinin 66-cı maddəsi bir dəfə tətbiq olunmayıb.Məsələn "X+Y" özəl xəstəxanasının binası və avadanlığının qiyməti astronomik rəqəmə bırabərdir.Lakin Vergi Orqanı 66-cı maddəni tətbiq etmir. Əgər adamın bir orqanı işləmirsə həmin adama iflic deyilir. Vergi Məcəlləsinin bir maddəsi işləmirsə bu haqda nə demək olar?

AAgahuseyn 2019-08-20 19:50:29

Sən Allah özünü yorma bəs onda o saatlar,maşınlar,villalar,nələr-nələr hansı pulla alınsın.BİR təklif olmalıdır əyri yollarla mənimsəmələr büccəyə qaytarılsın və onların əmlakı müsadirə olunmaqla özləri ölüm cəzasına məhkum edilsin.Onda baxın nə olacaq.

EJDER 2019-08-20 19:50:29

AYE,BU ANALOQU OLMAYAN IDAREETMEDI....RABO,,LUKAWENKO CANI,ANALOQU OLMAYAN INKIWAFLAWMIW YERLERINI DAQIDAJAQLAR

veten dashi 2019-08-20 19:50:29

Qubad bəy Verginin bu günkü hərəkətliliyi görüntü yaratmaqdan başqa bir şey deyil.Gömrüyün də Verginin də tam şəfaf işləməsi Azərbaycan adlı məmmləkətdə absurd bir şeydi.Onlar şəfaf işləsə dövlət büdcəsinin mədaxili cox qalxar. Sosial xərclər də 3 dəfə qalxar.Sonra da xırda bir böhrandan sonra bu dövlət sadəcə çökər. Bu illər boyu dünyanı bürüyən böhranlar bizə ona görə təsir etməyib ki biz büdcəmizi məqsədli şəkildəən azı 3 dəfə kiciltmişik.

Son yazılar