Menu

İntiqam Əliyev ev dustaqlığına buraxılmadı

12.09.2014, 17:26

intiqam 'liyevSentyabrın 12-də Nəsimi rayon Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxıb.

Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil Anar Qasımlının bildirdiyinə görə, vəsatət təmin olunmayıb:

«Biz, həmçinin, axtarış zamanı baş verən qanun pozuntuları ilə bağlı da vəsatət vermişdik. Heç birini təmin etmədilər. Məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyik».

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də həbs edilib. O, qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qərarı verib.

«Amnesty International» təşkilatı hesab edir ki, bu həbs İntiqam Əliyevin insan haqlarının müdafiəsi sahəsindəki fəaliyyəti ilə əlaqədardır. Təşkilat onu vicdan məhbusu hesab edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol