Menu

Qayınana ilə gəlinin mübahisəsi ölümlə nəticələnib

20.08.2019, 17:57
Qayınana ilə gəlinin mübahisəsi ölümlə nəticələnib

Bakıda ailə-məişət zəminində baş verən mübahisə ölümlə nəticələnib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1961-ci il təvəlllüdlü Hüseynova Nəzakət Əlihüseyn qızı yaşadığı evdə gəlini ilə mübahisə edib. Mübahisə zamanı qayınana qəfildən yıxılaraq ölüb. Onun ürək tutmasından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol