Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti (DD) Tayvana 8 milyard dollar məbləğində F-16 qırıcılarının satılmasına icazə verib. Bu barədə Pentaqonun xəbərində deyilir.
Hərbi idarənin məlumatına görə, DD təyyarələrin, avadanlıqların və texniki təminatın mümkün satışını bəyənib.
Xatırladaq ki, bundan əvvəl Çin hakimiyyəti Tayvanla rəsmi və hərbi təmasları dayandırmağı ABŞ-dan tələb edib.
Çin Tayvanı öz ərazisi hesab edir və digər ölkələrin onunla münasibətlərini izləyir. Çin hakimiyyəti artıq dəfələrlə bu adaya silah göndərilməsinə görə, ABŞ-a öz etirazını bildirib.
AzPolitika.info


Şərhlər