Bombardmançı təyyarələr Sakit okeana düşüb, bir pilot itkindir
Ötən gün ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki F-18 bombardmançı təyyarə Sakit okeanın qərb hissəsində qəzaya uğrayıb.
ANS-in məlumatına görə, bu barədə ABŞ HDQ-nin açıqlamasında bildirilir. Fars körfəzi istiqamətində hərəkətdə olan qırıcılar "Karl Vinson" təyyarədaşıyan gəminin göyərtəsindən havaya qalxıb.
Təyyarələrin hansı səbəbdən qəzaya uğradığı hələlik məlum deyil. İlkin ehtimalaa görə, F-18 Hornet bombardmançı təyyarələri uçuş zamanı havada toqquşublar. Pilotlardan birinin xilas olduğu, digərinin isə itkin düşdüyü bildirilir. Hazırda ikinci pilotun tapılması istiqamətində axtarışlar davam edir.


Şərhlər